İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın U-21 yığması sonuncu oyununda məğlub olub

598 14.06.2022 22:45 İdman A A

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirib.

"Report"un məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda X turda səfərdə Norveçin müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.

Drammen şəhərindəki “Marienlyst” stadionunda oynanılan qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 2:1. Azərbaycan yığmasının yeganə qolunu 66-cı dəqiqədə İldar Alekperov vurub.

Qələbə sayəsində xallarının sayını 24-ə çatdıran Norveç yığması 2023-cü ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqəni təmin edib. Azərbaycan millisi isə seçmə mərhələni 7 xalla 5-ci sırada bitirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR