İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın Rusiyada bloklanmış saytları nə vaxt açılacaq?

430 25.07.2024 08:00 Ölkə A A

İki ölkənin xarici işlər nazirlərinin müavininin görüşündən sonra “RİA-Novosti”nin ölkəmizdə xəbər yayımı bərpa olundu  

Azərbaycanda Rusiyanın Dövlət İnformasiya Agentliyinin - “RİA-Novosti”nin saytı açılıb. 2022-ci ilin iyununda “RİA-Novosti” Qarabağdakı keçmiş separatçı rejimin “dövlət naziri” Artak Beqlaryanla müsahibə dərc etdikdən sonra bu KİV-in saytı bağlanmışdı. 

Bakıda bu nəşr Rusiyanın dövlət KİV-nin Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyi kimi qiymətləndirilib.

Bakı diplomatik kanallar vasitəsilə rəsmi etirazını bildirib, bundan sonra “RİA-Novosti”nin saytından Beqlaryanın müsahibəsi silinib, lakin agentliyin internet resursuna giriş bağlı olaraq qalıb.

İyulun 23-də Moskvada Rusiya  və Azərbaycan XİN başçılarının müavinləri - V.Qruşko və S.Şərifovun görüşü keçirilib. “Tərəflər Cənubi Qafqazda və qonşu regionlarda cari vəziyyəti müzakirə ediblər. Aİ və NATO məsələləri, ATƏT-də vəziyyət və Avropa Şurasının regional vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Qarşılıqlı maraq doğuran bir sıra ikitərəfli və beynəlxalq mövzulara toxunulub.

Görüş Rusiya-Azərbaycan müttəfiqliyinin ruhuna uyğun ənənəvi dostluq və etimad mühitində keçirilib", - deyə RF XİN-in məlumatında bildirilir. 

Yada salaq ki, Azərbaycanın da bir neçə saytı Rusiyada bloklanıb. Bəs onların taleyi necə olacaq?

Vətən Səsi | Onlayn qəzet

 İlyas Hüseynov 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər 22 fevral 2022-ci il tarixində imzalanmış “Müttəfiqlik, qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməyə söykənir və bu gün  əsas istiqamətləndirici sənəd kimi bu bəyannamə götürülür. Bu bəyannamənin içərisində həm də informasiya sahəsində təhlükəsizliyin formalaşdırılması yönündə də bir sıra məqamlar yer alır: “Ötən dövr ərzində münasibətlərdə bir sıra çətinliklər, anlaşılmaz məqamlar da olmuşdur və onların başında məhz media sahəsində olan problemlər də yer alırdı. Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərən separatçı rejimin "dövlət naziri" Artaq Beqlaryanla “RİA Novosti”nin müsahibəsinin yayılması xüsusi diqqət çəkirdi və bu məqamı nəzərə alaraq Azərbaycanda Rusiyanın “RİA-Novosti” İnformasiya Agentliyinin saytı bloklanmışdı. Bu, çox doğru bir qərar idi, Azərbaycanın milli maraq və mənafelərinə xələl gətirən yanaşmaların qarşısının alınması labüd idi. Bu gün həmin saytın yayımına şərait yaradılması Rusiya ilə Azərbaycan arasında keçirilən müxtəlif səviyyələrdə məsləhətləşmələr, görüşlər nəticəsində əldə olunmuş razılaşmaya uyğundur. Bakı ilə Moskva arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Bu da əldə olunan razılıqların bir nəticəsidir. Qarşılıqlı olaraq biz həm də Rusiyanın “Rosskomnadzor” tərəfindən Azərbaycan saytlarının blokdan çıxarılmasını müşahidə eləyə bilərik. Səhv etmirəmsə, bir sıra Azərbaycan saytları da Rusiyada açıq istifadədə deyil. Bu problem də paritet əsasında öz həllini tapmalıdır. Azərbaycanın həmin saytlarına da Rusiya normal yayım şəraiti yaratmalıdır. Düşünürəm ki, belə də olacaq. Bunu da Rusiya-Azərbaycan münasibətlərində anlaşılmaz məqamların arxada qalması kimi səciyyələndirə biləcəyik".   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR