İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın Avropa çempionu: 3 qızıl medal qazandım

702 20.02.2024 23:57 İdman A A

Mübarizəmi sona qədər davam etdirdiyimdən 3 qızıl medal qazandım.

“Report”un xəbərinə görə, bu sözləri Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında üç qızıl medal qazanan Dadaş Dadaşbəyli jurnalistlərə açıqlamasında deyib.

Yarışa hazırlığım çətin oldu. Türkiyədə ilk təlim-məşq toplantısını keçirdim. Dizimdən zədə almışdım. Üç qızıl medal qazanacağıma tam əmin deyildim. Amma qızıl, bürünc medallar qazanacağımı düşünürdüm. Hədəfim də bu idi. Mübarizəmi sona qədər davam etdirdiyimdən 3 qızıl medal qazandım.

İnşallah ay yarımdan sonra Dünya Kuboku yarışında iştirak edəcəyəm. Artıq bu yarışda 109 kiloqramdan artıq çəkidə mübarizə aparacağam. Burada da uğurlu nəticə qazanmaq istəyirik. Əminəm ki, son lisenziya turniri də bizim üçün uğurlu olacaq.

Xatırladaq ki, 109 kiloqram çəki dərəcəsində çıxış edən Dadaş Dadaşbəyli birdən qaldırma hərəkətində 176 kiloqramın öhdəsindən gəlib və bu hərəkətdə Avropa çempionu olub.

İdmançı təkanla qaldırma hərəkətində də eyni uğuru təkrarlayıb. O, 212 kiloqramı başı üzərinə qaldıraraq bu hərəkətdə də qızıl medal qazanıb. O, toplam 388 kiloqram (176+212) nəticə ilə yekun sıralamada da Avropada hər kəsi qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR