İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanı beynəlxalq məhkəmə ilə hədələyən senator özü istintaqa cəlb edildi, istefa verdi - Qızıl külçələr, lüks avtomobillər...

915 22.09.2023 19:06 Son xəbər A A

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendesə qarşı korrupsiya ittihamı ilə cinayət işi qaldırılıb.

Musavat.com xəbər verir ki, Nyu-York ştatının Cənub dairə prokurorluğu Menendes və həyat yoldaşını Nyu-Cersidən olan 3 biznesmenlə korrupsiya əlaqəsinə girməkdə ittiham edir.

İttiham aktında qeyd olunur ki, senator və arvadı rüşvət kimi nağd pullar, qızıl külçələri, lüks avtomobillər və digər qiymətli əşyalar alıblar. İttiham aktında həmçinin qeyd olunur ki, senator Menendes ABŞ Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına təzyiq göstərərək “həssas hökumət məlumatlarını” Misirin xeyrinə əldə edirmiş.

Qeyd edək ki, ermənipərəstliyi ilə tanınan Robert Menendes bundan əvvəl erməni lobbisindən rüşvət almaq ittihamı ilə cinayət təqibinə məruz qoyulsa da, canını qurtara bilib. 

İttihamlardan sonra Bob Menendez Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən istefa verib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR