İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan kənarda “Azercell” sistemlərinə qoşulmalar müvəqqəti məhdudlaşdırılıb

487 06.08.2022 15:38 Gündəm A A

Azərbaycandan kənarda “Azercell” sistemlərinə qoşulmalar müvəqqəti məhdudlaşdırılır.

Musavat.com xəbər verir ki, bu haqda  “Azercell”in açıqlamasında bildirilib.

"Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin məlumatına görə, Azərbaycanın elektron informasiya resurslarına qarşı genişmiqyaslı kiberhücumlar hazırlanıb.

Müvafiq dövlət qurumunun bu xəbərdarlığını nəzərə alaraq, “Azercell Telekom” MMC Respublikamızın hüdudlarından kənarda “Azercell” sistemlərinə qoşulmaları müvəqqəti olaraq məhdudlaşdırır.

Bu səbəbdən də xaricdə olan Azercell abunəçiləri “Kabinetim” proqramına, internet səhifəmizə və digər elektron resurslarımıza rominq üzərindən mobil internet vasitəsilə qoşula biləcəklər," - deyə məlumatda qeyd edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR