İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan İsrailə…

9360 07.10.2023 19:45 Son xəbər A A

                                           İLK yayım saatı: 18:29

İsraildə baş verən son hadisələrlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti bazar günü, oktyabrın 8-nə planlaşdırılan Təl-Əvivin Ben Qurion hava limanına və oradan geri istiqamətində bütün reyslərini ləğv edir.

Bu barədə Musavat.com-a "Azərbaycan Hava Yolları" QSC-dən bildiriblər.

Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşların həyata keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.

Təl-Əvivə bileti alan sərnişinlər pulun tam geri qaytarılması və ya pulsuz bilet dəyişdirilməsi hüququna malikdirlər.

Dəyişikliklər barədə məlumat almaq üçün sərnişinlərə aviaşirkətin callcenter@azal.az elektron ünvanına müraciət etmələri tövsiyə olunur.

Aviaşirkət hazırda Təl-Əvivə aviabiletlərin satışını növbəti xəbərdarlığa qədər dayandırıb.

Qeyd edək ki, aviaşirkətin prioriteti uçuşların və sərnişinlərin təhlükəsizliyidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR