İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

700 25.06.2026 10:54 Ölkə A A

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir.

Musavat.com xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Toxumçuluq sahəsində fəaliyyət göstərən toxum əməliyyatçılarının qeydiyyatına və toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə:

- seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) informasiya sistemindən çıxarışın verilməsi - 50 manat;

- seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) informasiya sistemindən çıxarışın dublikatının verilməsi - 10 manat;

- toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsi (bir sənəd) - 25 manat.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR