İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda yeni 100 manatlar dövriyyəyə buraxılır VİDEO

339 06.06.2026 00:30 Ölkə A A

Azərbaycanda gələn aydan yenilənmiş 100 manatlar istifadəyə veriləcək.

Musavat.com xəbər verir ki, yeni əsginaslar ən son mühafizə elementləri ilə təchiz olunub. Yenilənmiş 100 manatın üzərində rəngi dəyişən üçölçülü holoqram, dinamik işıq effekti yaradan “Spark Flow Prime” elementi və manat simvolu yer alıb. Əsginas işığa tutulduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və nominal dəyəri görünəcək.

Yeni 100 manatlarda görmə qüsuru olan şəxslər üçün xüsusi qabarıq xətlər də yerləşdirilib. Əsginasın hər iki kənarında yerləşən bu xətlərə toxunmaqla onun nominalını və həqiqiliyini müəyyən etmək mümkün olacaq.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR