İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda qatarla yük avtomobili toqquşub

869 14.12.2022 01:32 Hadisə A A

13 dekabr 2022-ci il saat 17:30 radələrində qatar Bərdə-Yevlax mənzilinin 22-ci kilometrində 22 km/saat sürətlə (təyin olunmuş sürət 40 km/saat) hərəkətdə olarkən qorunmayan dəmir yolu keçidini keçməyə cəhd edən Qusar rayon sakini Şahin Vitalik oğlu Butayevin idarə etdiyi “ATEKO” markalı AZ 01-CG-402 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub.

Bu barədə Musavat.com-a Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib.

Hadisənin baş verməsinə səbəb sürücünün Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərini pozması olub.

Hadisə nəticəsində ölən və yaralanan yoxdur. Dəmir yoluna dəymiş ziyanın miqdarı müəyyənləşdirilir. Hadisə aidiyyəti üzrə araşdırılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR