İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda polis rəisi cəzalandırılıb

1673 03.03.2023 15:55 Hadisə A A

Ağcabədi Rayon Polis Şöbəsinin rəisi cəzalandırılıb.

Musavat.com-un “Trend”ə istinadən məlumatına görə, bu barədə İnsan Haqları üzrə Müvəkkilin (Ombudsman) ötən ilin yekunlarına dair hesabatında bildirilib.

Hesabatda qeyd edilir ki, ərizəçi Ombudsmana müraciət edərək, övladının Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən üç gün həmin şöbədə qanunsuz olaraq saxlanıldığını və bu müddət ərzində pis rəftara məruz qaldığını bildirib, məsələnin obyektiv araşdırılmasında və həmin polis əməkdaşları barəsində qanuni tədbirlərin görülməsində köməklik göstərilməsini xahiş edib.

Şikayətlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış müraciətə verilmiş cavabda inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol tərtib edildikdən dərhal sonra məhkəməyə göndərmədiyi üçün Ağcabədi Rayon Polis Şöbəsinin rəisi barəsində İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsi ilə inzibati icraat başlanaraq vəzifəli şəxsin intizam məsuliyyətinə cəlb edilməsi üçün aidiyyəti üzrə Azərbaycan Daxili İşlər Nazirliyinə təqdimat göndərildiyi bildirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR