İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda körpü uçdu - Xəsarət alanlar var

2261 15.09.2023 09:31 Hadisə A A

 

Xaçmaz şəhərində, Qudyalçay çayının üzərindəki körpü uçub.

Musavat.com xəbər verir ki, hadisə nəticəsində bir minik avtomobilinin çaya düşdüyü bildirilir. Ölən və yaralananlar haqda hələlik məlumat yoxdur. Şahidlərin sözlərinə görə hadisə yerinə xilasedicilər cəlb olunub.

Musavat.com hadisə şahidlərinin sosial şəbəkədə yaydıqları fotoları təqdim edir. Həmin fotolardan birində körpünün çaya uçan hissəsi üzərində bir şəxsin olduğu görünür.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR