İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda klub rəhbəri və qohumunun faciəli şəkildə ölümünün TƏFƏRRÜATI

1435 22.07.2024 12:21 Hadisə A A

"Ağdaş" klubunun rəhbəri və qohumunun çayda boğulması hadisəsi ilə bağlı bəzi detallar bəlli olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Fərid Ağazadə övladları ilə istirahət məqsədi ilə çay kənarına gedib.

F.Ağazadə çaya girib və bir müddət sonra ailəni gətirən taksi sürücüsü onun sudan çıxmadığını görüb. O, dərhal Fəridin dayısı oğlu Rəhman Əliyevə zəng edib.

Hadisə yerinə gələn R.Əliyev qohumunu çaydan çıxarmaq üçün çaya girib və o da boğulub.

Qeyd edək ki, Fərid Ağazadə ailəli olub, 3 qız övladı var. Rəhman Əliyev isə subay olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR