İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda İLK: İcra başçısı fəhlələrlə birlikdə çalışdı -VİDEO

1686 08.06.2024 12:56 Gündəm A A

Azərbaycanda icra başçısının görüntüləri böyük marağa səbəb olub.

Manset.az-ın əldə etdiyi məlumata görə, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev rayonda təmir-tikinti işləri görən usta və fəhlələrə kömək edib.

O təmir zamanı istifadə olunan daşların daşınmasında şəxsən iştirak edib. İcra başçısının bu addımı vətəndaşlar tərəfindən lentə alınıb və çox təqdir olunub.

Qeyd edək ki, Firdovsi Şahmirzə oğlu Əliyev 2023-cü ildə Cənab Prezident İlham Əliyevin sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

İcra başçısının həmin görüntülərini təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR