İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda faciə: İki qadın bir hamamda boğuldu,ölən var

1345 13.12.2022 17:53 Hadisə A A

Göyçay rayonunda 2 qadın hamam otağında dəm qazından zəhərlənib, ölən var.

"Report"un əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Göyçay şəhər ərazisində yerləşən evlərdən birinin hamam otağında qeydə alınıb.

Belə ki, 1958-ci il təvəllüdlü Fatma Zeynalova qonşusu, 1941-ci il təvəllüdlü Fatma Babayevanı hamam otağında yuyundurmağa çalışıb. Bu zaman hər iki qadın dəm qazından zəhərlənib. Nəticədə F.Babayeva hadisə yerində ölüb, digər qadın isə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Göyçay şəhəri ərazisində yerləşən evlərin birində 2 nəfərin dəm qazında zəhərlənməsi, onlardan birinin ölməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub:

"Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Hazırda müvafiq araşdırmalar davam etdirilir".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR