İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda ət məhsulları üzrə idxal ixracı 16 dəfə üstələyib

586 27.03.2023 11:14 İqtisadiyyat A A

Azərbaycanda ərzaq məhsullarının idxalı durmadan artır və bu, eyni məhsulların ixracından getdikcə daha yüksək olur. Bu tendensiya 2022-ci ildə də davam edib.

e0675177-4c96-3188-8a29-1da67345be24_850.jpg (74 KB)

Musavat.com xəbər verir ki, millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun fikrincə, ərzaq məhsulları üzrə idxalın xaricə göndərdiyimiz məhsullardan daha çox olması ölkədən valyutanın çıxması ilə yanaşı, istehlak bazarında qiymətlərə təsiri baxımdan da arzuolunan deyil:

"Məhz bu səbəbdən 2022-ci ildə idxal inflyasiyası daha aktiv oldu. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il diri heyvanlar və heyvan mənşəli məhsullar üzrə idxalımız 386 milyon 957 min dollar olduğu halda ixracatımız 24 milyon 549 min dollar olub. Yəni ət məhsulları üzrə idxal ixracatı 16 dəfə üstələyib.

Bitki mənşəli məhsullar üzrə idxalımız 968 milyon 758 min dollar, ixracatımız isə 695 milyon 75 min dollar olub. Bitki mənşəli məhsullar üzrə də idxalın 40.0 faizlik üstünlüyü var. Hazır qida məhsulları, alkoqollu və alkoqolsuz içkilər, sirkə və tütün, onun əvəzediciləri məhsullar üzrə idxalımız ötən il daha çox olub. Belə ki, 2022-ci ildə Azərbaycan bu kateqoriya üzrə 1 milyard 38 milyon dollar dəyərində məhsul idxal edib və 162 milyon 180 min dollarlıq ixrac reallaşdırıb. Göründüyü kimi, bu vacib mal qrupu üzrə də idxal yüksək olaraq qalmaqdadır.

Dünya və eləcə də regional ərzaq bazarlarındakı volatilliyi və bir sıra məhsullar üzrə qlobal ərzaq qıtlığını nəzərə alsaq, idxalın minimumlaşdırılması daha vacib prioritet olaraq qalmaqdadır. 2022-2026-cı illəri əhatə edən İnkişaf Strategiyasında da yerli istehsalın dəstəklənməsi və ərzaq təhlükəsizliyi əsas milli prioritetlər sırasındadır".

Millət vəkili qeyd edir ki, bu, idxal inflyasiyasının təsirlərinin minimumlaşdırılması və istehlak bazarında qiymətlərin optimallaşdırılması baxımından da vacibdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR