İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda ər arvadını, sonra özünü öldürdü- YENİLƏNİB

2201 18.06.2022 10:33 Kriminal A A

İmişli Rayon Prokurorluğu rayon ərazisində baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Musavat.com-a daxil olan məlumatda deyilir: 

"İyunun 17-də İmişli rayonu ərazisində 1988-ci il təvəllüdlü Turan Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri 1983-cü il təvəllüdlü Mehbalı Əhmədovun aralarında yaranmış münaqişə zamanı Turan Mustafayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə daha sonra özünə bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".

 

***

İmişli rayonunda qadın qətlə yetirilib, əri intihar edib.

Musavat.com xəbər verir ki, hadisə rayonun Yalavac kəndində baş verib.

Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Əhmədov Mehbalı Xanoğlan oğlu münaqişə zəminində arvadı, 1988-ci il təvəllüdlü Mustafayeva Turanə Vaqif qızını bıçaqla qətlə yetirib. Daha sonra M.Əhmədov bıçaqla özünü öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR