İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda DƏHŞƏT: 25 yaşlı oğlanı öldürüb meyitini...

1899 18.11.2023 09:38 Son xəbər A A

Noyabrın 18-i gecə saatların Tovuz rayonun Aşağı Öysüzlü kəndi ərazisində yerləşən fermaların birində yanğın hadisəsi olması ilə bağlı məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, polis əməkdaşları digər qurumların əməkdaşları ilə birlikdə hadisəsi yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

Yanğının qarşısı alınaraq söndürülən zaman hadisə yerindən bir nəfər şəxsin yanmış cəsədi aşkarlanıb.

Polis və prokurorluq əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində meyitin Aşağı Öysüzlü kənd sakini 1998-ci il təvəllüdlü Nicat Məmmədova məxsus olması müəyyən edilib.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində N. Məmmədovu şəxsi münasibətlər zəminində küt alətlə qətlə yetirərək daha sonra izləri itirmək məqsədilə fermanı yandırmaqda şübhəli bilinən rayon sakini 1988-ci il təvəllüdlü Eldar İbrahimov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR