İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda boyu 2.07 metr olan şəxslə maraqlı söhbət: “Ucaboyluluq həm də problemdir...”

1801 22.06.2022 11:09 Maraqlı A A

Adil qardaşımızla metroda rastlaşdıq. Vaqondan başını əyərək düşdü. Hər kəs maraqla və nəzərləri ilə bu ucaboy, başı az qala tavana dəyən insanı müşahidə edirdi.

Qismətdən insan selinin içərisində metrostansiya pilləkənlərində yanaşı dayandıq və jurnalist marağı üstün gəldi, söhbətə körpü saldıq.

Həmsöhbətim Adil bəyin boyu 2 metr 07 sm-dir. Deyir nəinki Ginnesin, heç Azərbaycanın “rekordlar kitabı”na da düşməyib: “AZİ-yə qəbul olanda elə bilirdim məndən ucaboylusu yoxdur. Sonra gördüm yox, varmış. Məndən ucaboylular da var, Beyləqanda boyu 2.22 metr, Nərimanovda 2.12 metr olan şəxs yaşayır.

Ucaboyluluq problemlərdir həm də, kalori yığmaqdan tutmuş, uyğun geyimlər tapmağadək. Amma şükürlər olsun, Allahımdan razıyam”-deyir bu pozitiv insan.

İki övlad atasıdır. Qızı da ucaboyludur, atasına çəkib, oğlunun boyu isə elə də uca deyil.

“Nəslinizdə ucaboylular olubmu”-soruşuram. Deyir ulu babalarından biri Qubanın Alpaut kəndinin bəylərbəyisi olub, şəcərəsi albanlara gedib çıxır. “Bizim nəsil ucaboylular nəslidir. Nəslimizdəki kişilərin boyu 1.85-dən aşağı deyil”, gülərək söyləyir. Logistika sahəsində çalışırmış…

Metrodan çıxanda foto da çəkdiririk və sürətlə iş yerinə tələsdi. Soyadını soruşmağa da vaxt olmadı…

Elşad,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR