İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 14 yaşlı qız ərə verilir - DİN hərəkətə keçdi

795 04.11.2022 14:22 Hadisə A A

Göyçay rayonunda erkən nikah faktı aşkarlanıb.

Musavat.com xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Kəmalə Ağazadə məlumat yayıb.

Onun sözlərinə görə, Göyçayın Çərəkə kəndində 14 yaşlı qızın sabah toyu olacaq, yeniyetmə Ağsu rayonunda yaşayan şəxsə ərə verilir.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlar məlumatlandırılıb və rayon Polis şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR