İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycana qarşı müəyyən tələblər irəli sürmək istəyirdilər, amma...”

1016 01.03.2023 17:08 Gündəm A A

“Bu, növbəti təmasdır. Daha öncə də təmaslar olmuşdu. Vitali Balasanyanla olan görüşlərin şəkilləri yayılmışdı. Bundan başqa, dövlət qurumlarının rəsmiləri də bölgəyə səfər etmişdi. Vardanyanın gəlişi ilə proses dayandı”.

Bu fikirləri Musavat.com-a Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib.

O qeyd edib ki, Qarabağda prosesə mane olan müəyyən qruplar var: “Azərbaycan bütün müstəvilərdə müvafiq reaksiyalar verir. Beynəlxalq müstəvilərdə ictimaiyyətə bilinən və bilinməyən görüşlər keçirilib. Vardanyanın istefasından sonra proses davam edib. Ruben Vardanyanın arxasındakı qüvvələr formatı dəyişmək, Azərbaycana qarşı müəyyən tələblər irəli sürmək istəyirdilər. Vardanyan Rusiyanın ənənəvi Qarabağ, Cənubi Qafqaz siyasətinin növbəti fiquru idi. Biz onu prosesdən uzaqlaşdırmağa nail olduq. Təmaslar hələ ki, texniki xarakter daşıyır. İlk görüşdən bəlli oldu ki, Azərbaycanın inspeksiya tələbi yerinə yetiriləcək. Proses dinamikdir, inkişaf edəcək”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR