İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana giriş qadağan edilən türk jurnalist kimdir?  

2444 25.05.2023 10:35 Son xəbər A A

 

Türkiyədə prezidentliyə namizəd Sinan Oğan onu Ərdoğanı dəstəklədiyinə görə ittiham edən Türkiyəli jurnalist Nagehan Alçıya cavab verib. ATA İttifaqının namizədi jurnalistin  Azərbaycana girişinə qadağa qoyulması məsələsinə toxunub.

Musavat.com xəbər verir ki, qadağa barəsində jurnalist “Axşam” qəzetinin 20 noyabr 2009-cu il tarixli buraxılışında "Nagehanakert" başlıqlı məqaləsində bu barədə yazıb. Nagehan Alçı  “Azərbaycan Xarici İşlər Nazirliyi məni “persona non qrata”, yəni “istənməyən adam” elan etdi. Bildiyimə görə, bu rütbə diplomatik şəxslərə verilə bilər, jurnalistlərə deyil” – deyə açıqlama vermişdi.

Qeyd edək ki, Türkiyəli jurnalist Nagehan Alçının Azərbaycana girişi qadağan edilmiş olsa da, bu qadağa 2013-cü ildə ləğv edilib.

Lakin o, növbəti illərdə də Azərbaycanla bağlı qərəzli addımlarına son qoymayıb.

Xəbərlərdə onun FETÖ terror təşkilatını dəstəkləməsi, SOROS tərəfindən maliyyələşməsi kimi məlumatlar da var.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR