İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana daha 6 minaaxtaran it gətirilib

400 17.08.2023 16:52 Son xəbər A A

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aparılan əməliyyatların genişləndirilməsi, maddi-texniki bazanın və potensialın artırılması istiqamətində işlər davam etdirilir.

Bu barədə Musavat.com-a ANAMA-dan məlumat verilib. Məlumata görə, Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) ilə ANAMA arasında imzalanmış Anlaşma Memorandumuna əsasən daha 6 baş Malinua cinsli minaaxtaran it (MAİ) Agentliyə təhvil verilib.

Xüsusi hazırlıq keçmiş minaaxtaran itlər Agentliyin Horadiz Regional Mərkəzində müəyyən olunmuş karantin rejimində saxlanıldıqdan sonra, Beynəlxalq Minatəmizləmə Standartlarına (IMAS) əsasən uyğunluğun qiymətləndirilməsi prosesindən keçirilir. Daha sonra müvafiq şəkildə Qarabağ və Şərqi Zəngəzurda icra olunan minatəmizləmə əməliyyatlarına cəlb olunacaq.

Qeyd edilib ki, cari ilin fevral və aprel aylarında Agentliyə təhvil verilən minaaxtaran itlər aidiyyəti mərhələlərdən keçərək, işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz mühitin yaradılması istiqamətində öz töhfələrini verir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR