İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan xalqı xəyanəti bağışlamır - SİYAHI sürətlə YENİLƏNİR...

2818 03.04.2023 17:53 Gündəm A A

“İran Azərbaycana qarşı terror siyasətini davam etdirir. Deputat Fazil Mustafaya qarşı terror hadisəsində də İranın Azərbaycanda yaratdığı şəbəkə vasitəsilə bunun icrası öz təsdiqini tapır.  Terror aktının arxasında İranın xüsusi xidmət orqanlarının, xüsusilə SEPAH-ın dayanması onu nümayiş etdirir ki, İran Azərbaycana qarşı dövlət siyasətində terror amillərindən geniş şəkildə istifadə edir”.

Bu sözləri Musavat.com-a politoloq İlyas Hüseynov deyib.

-ca0daec6159464103711134031410374124.jpg (237 KB)

Politoloq xatırladıb ki, bundan əvvəl də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı silahlə basqın, qanlı terror həyata keçirilmişdi:

“Bütün dünya bu hadisəni terror aktı kimi qiymətləndirmişdi. Maraqlıdır ki, baş vermiş terror hadisəsi ilə bağlı ATƏT-də keçirilən müzakirələrdə də Ermənistan İranın mövqeyini dəstəklədi, müzakirələrə çıxarılan məsələləri blokladı. Bu da hər iki dövlətin terror zehniyyətindən, terrorçu xislətindən xəbər verir. 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycana qarşı çoxsaylı terror aktları törətmişdisə, bu gün terror aktlarının davamını biz İran tərəfindən ölkəmizə qarşı görürük. Ona görə də əlində dini bayraq edən, dini motivlərlə insanların beynini yuyan İran dövləti ilə əməkdaşlıq etmək elə Ermənistanla əməkdaşlıq etmək anlamına gəlir. Düşünürəm ki, ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən İranın Azərbaycanda qurduğu şəbəkənin üzvlərinin ifşa olunması və qanun qarşısında cavab verməsi çox mühüm bir addımdır. Bu, ölkəmizdə təhlükəsizliyin, ictimai asayişin yüksək səviyyədə qorunduğunun göstəricisidir. Azərbaycan xalqı xəyanəti bağışlamır və heç vaxt bağışlamayacaq. Vətənini, dövlətini, bayrağını sevən şəxslər hər zaman sözün düzünü deyiblər, həqiqəti xalqdan gizlətməyiblər. Bu gün də bu yanaşma sərgilənir”.   

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR