İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan vətəndaşlarımızın reinteqrasiyasına tam hazırdır

699 10.09.2023 13:30 Siyasət A A

Azərbaycanın 3 erməni futbolçunu humanizm prinsiplərini əsas götürərək qarşı tərəfə təhvil verməsi bunu bir daha sübut etdi

Laçın sərhəd-keçid məntəqəsində saxlanılaraq həbs edilən 3 erməni futbolçu qarşı tərəfə təhvil verilib. Xatırladaq ki, Azərbaycan bayrağını təhqir edən erməni futbolçuların yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmaları nəzərə alınmışdı. Humanizm prinsipi tətbiq edilərək onların barəsində cinayət təqibinə xitam verilmişdi. Azad olunan şəxslər onlara göstərilən humanizmə görə Azərbaycan dövlətinə təşəkkür edərək, həbsdə olduqları müddətdə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının tam təmin olunduğunu, saxlanma şəraiti və göstərilən münasibətdən razı olduqlarını, hər hansı şikayətlərinin olmadıqlarını bildiriblər.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə "Sherg.az"a deyib ki, vaxtı ilə Azərbaycan bayrağını təhqir etdikləri üçün barələrində axtarış elan olunmuş üç erməni gəncin Laçın sərhəd-buraxılış məntəqəsində saxlanması və istintaqa təhvil verilməsi tamamilə qanunauyğun bir hal idi və ona görə də rezonans doğurmadı. Çünki bu, təkcə Azərbaycanla bağlı məsələ deyil, həm də İnterpol xətti ilə axtarılan şəxslərin saxlanıldıqları təqdirdə Azərbaycana təhvil verilməsini tələb edən hal idi:

cingizz.jpg (47 KB)

"Azərbaycan bir daha özünün demokratik və hüquqi dövlət olduğunu, humanizm prinsiplərini əsas götürdüyünü təsdiqlədi. Qanun yol verdiyi halda ermənilərin hərəkətləri cinayət əməli kimi tövsif edilmədi. Üç erməni gəncin səmimi peşmanlığı, səhvlərini etiraf etmələri Respublika Prokurorluğu tərəfindən anlayışla qarşılandı və cinayət işinin tətbiqi dayandırıldı. Barələrində inzibati qaydada 10 günlük həbs qərarı seçildi. Ermənilərin saxlanma şəraiti də beynəlxalq hüquq normalarına, sivil dövlətlərin hüquqi prosedurlarına uyğun həyata keçirildi. Nəticə etibarı ilə ermənilər Ermənistana təhvil verildi və hamısı saxlanma şəraitindən, onlara göstərilən münasibətdən razılıq etdilər. Bu, bir daha göstərir ki, Azərbaycan dövləti Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın reinteqrasiyasına tam hazırdır".

Hüquq müdafiəçisi əlavə edib ki, mülki ermənilər üçün heç bir təhlükə, problem yoxdur: "Hətta inzibati cinayət törətmiş şəxslərə münasibət də göstərir ki, Azərbaycan hüquqi bir dövlətdir. Dövlətimizin bu addımı beynəlxalq təşkilatlar tərəfindən də müsbət qarşılanmalı idi. Onlar da ölkəmizə qarşı xoş fikirlər bildirməliydilər. Hələ ki bunun şahidi olmamışıq. Ermənilər də erməniliyində qalmaqdadır. Görək, üç erməni gənci Ermənistanda təzyiq, yaxud təhrik altında hansı fikirlər, ifadələr səsləndirəcəklər. Ümid edək ki, erməni gənclər Ermənistanda olarkən də Azərbaycanda söylədikləri müsbət düşüncələri davam etdirəcəklər".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR