İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan vətəndaşının həbs olunması İranın imicinə ziyandır”-RƏY  

344 02.06.2023 18:39 Siyasət A A

 

"Dövlət hüquq çərçivəsində davranmağı bacaran və hüquqa riayət edən institutdur. Əks halda, terrorçu yaxud terroru maliyyələşdirən dövlət kimi qəbul olunur. Bu cür epitetlər isə dövlətin beynəlxalq arenada, eyni zamanda insan hüquqlarına davranışına görə təyin edilir".

Bu fikirləri Musavat.com-a millət vəkili Hikmət Babaoğlu bildirib. Millət vəkilinin fikrincə, qonşu ölkənin vətəndaşının sərhədi keçdiyini etiraf etməyən, sonra isə təzyiqlər qarşısında geri çəkilərək onu cinayətkar adlandıran İranı dövlət hesab etmək olmaz: "Tehrandakı səfirliyimizə təşkil olunan terror aktının arxasında dövlətin dayandığının ortaya çıxması, indi də Azərbaycan vətəndaşına qarşı bu cür münasibət İranı insan oğurluğu ilə məşğul olan kriminal təşkilat səviyyəsinə endirir.

İran imicini düşünməlidir. Azərbaycan vətəndaşına qarşı bu cür münasibətlə heç nəyə nail olmaq olmaz. Əksinə, öz vətəndaşlarının, beynəlxalq münasibətlərin digər subyektlərinin gözündən düşəcək. Bu cür davranış qonşuluğa, dövlət olmaq gerçəkliyinə yaraşmır, buna son qoymaq lazımdır. Xüsusilə, Azərbaycan vətəndaşına qarşı bu cür addım etiraza səbəb olacaq".

Xatırladaq ki, 20 fevral tarixindən İran İslam Respublikasına səfərə gedən, 4 mart tarixindən isə xəbər alınması mümkün olmayan, Azərbaycan Respublikasının vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli İranda casusluqda ittiham edilərək həbs olunub.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR