İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan sumoçuları Estoniyada üç medal qazanıblar

450 17.02.2024 23:37 İdman A A

Azərbaycan sumoçuları Estoniyanın Vinni şəhərində keçirilən Açıq Avropa kubokunda üç medal qazanıblar.

“Report”un məlumatına görə, onlardan biri qızıl, ikisi gümüş mükafata yiyələnib.

Xəyyam Abdullayev (77 kiloqram) bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub. Rəsul Məmmədzadə (77 kiloqram) və Sadiq Ağamaliyev (115 kiloqram) isə fəxri kürsünün ikinci pilləsinə qalxıblar.

Azərbaycan millisi ümumi komanda hesabında üçüncü olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR