İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan” qəzetinin çapı dayandırıla bilər - SƏBƏB

569 13.06.2023 13:44 Son xəbər A A

Deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Milli Məclisdəki büdcə müzakirələri zamanı söz alaraq rəhbərlik etdiyi qəzetin problemlərindən danışıb.

Musavat.com xəbər verir ki, millət vəkili ötən il müraciət əsasında qəzetə birdəfəlik yardım göstərildiyini deyib.

“Mən cari ildə qəzetin yaşaması üçün Milli Məclisə müraciət etdim. Amma aldığım cavabdan bəlli oldu ki, heç bir yardım mümkün deyil. Halbuki qəzetimiz Milli Məclisin orqanıdır. Qəzetin maliyyə və texniki təminatı Milli Məclis tərəfindən edilməlidir. Artıq qəzetimiz öz əməkdaşlarının əməkhaqqını ödəyə bilmir. Vəziyyət göstərir ki, hər il bizə ən azı 1,5 milyon manat sistemli maliyyə yardımı edilməlidir. Əks təqdirdə çapımız dayanacaq”,-deyə Bəxtiyar Sadıqov bildirib.

Bəxtiyar Sadıqov: Gəncə şəhərində baş verən hadisələr ilk növbədə terror  aktıdır Ucnoqta.az

B.Sadıqov bildirdi ki, qəzetdə 65 yaradıcı və texniki işçi çalışır: “İş rejimimiz rəsmi materiallardan asılı olaraq, 2 və ya 3 növbəli olur. Bir çox əməkdaşımız uzun illərdir, qəzetdə işləyir. Qəzet bağlansa, onlar yeni saytlarda iş tapa bilməyəcəklər. Qəzet bağlansa, qəzetin işçilərinin mətbuat xidmətlərində və digər yerlərdə işlə təmin olunmasını xahiş edirəm”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR