İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan qadınlarını Türkiyədə cinsi istismara məruz qoyan şəxsə hökm oxunub

846 18.06.2022 12:36 Kriminal A A

Qadınları cinsi istismara məruz qoyan Gülnarə Məhərrəmovaya hökm oxunub.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı olan qadınların etibarından sui-istifadə edərək Türkiyənin Balıkesir şəhərinə aparıb, orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Gülnarə Məhərrəmova tutulub.

Faktla bağlı başlanılan cinayət işi üzrə istintaq yekunlaşaraq materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmünə əsasən, G.Məhərrəmova Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə (İnsan alveri) təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR