İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Prezidenti və Gürcüstan Baş nazirinin təkbətək görüşü olub - YENİLƏNİB FOTO

824 16.03.2024 15:27 Siyasət A A

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətimizin başçısının dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub.

Musavat.com xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Gürcüstanın Baş nazirinin ölkəmizə rəsmi səfərinin əməkdaşlığımızın daha da genişlənməsi işinə töhfə verəcəyi bildirildi.

Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

***

14:43

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub.

Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstan Respublikasının Baş nazir İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR