İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan onları hədəf alıb - ŞOK AÇIQLAMA

2514 03.09.2023 15:00 Siyasət A A

Xəbər verdiyimiz kimi, Xankəndində özünü “mer” adlandıran separatçı David Sarkisyanın həyat yoldaşı bir müddət əvvəl Laçın sərhəd-keçid məntəqəsindən keçərək Azərbaycanı tərk edib. Azərbaycan sərhədçiləri qanunvericilik çərçivəsində davranaraq onların sərbəst keçidini təmin ediblər.

Erməni mətbuatının onu tanıması isə cəmiyyətdə ciddi narazılıq yaranıb.

Qondarma rejimin "rəsmiləri" nin saxlanma ehtimalı ilə bağlı millət vəkili Fazil Mustafa Musavat.com-a bildirib ki, separatçıların, hətta Araik Arutyunyanın ailə üzvlərini saxlamaq olmaz.

O qeyd edib ki, Azərbaycanın hədəfi mülki əhali deyil, terrorçulardır:

"Azərbaycanın hədəfi terrorçulardır. Biz suverenliyimizə hörmətsizlik edən, onu təhqir, təhdid edən potensial cinayətkarları saxlamalıyıq. Məsuliyyət fərdi olduğu üçün yalnız cinayətkarlar siyahısında olan şəxslərin saxlanmasına baxmaq olar".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR