İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan çempionatının oyunundan sonra azarkeş bıçaqlanıb

413 31.01.2023 21:58 Hadisə A A

Azərbaycan Premyer Liqasının XX turunda keçirilmiş "Səbail" - "Kəpəz" oyunundan sonra azarkeş bıçaqlanıb.

Klubdan "Report"a verilən məlumata görə, hadisə final fitindən sonra matçın oynanıldığı "ASCO Arena"nın yaxınlığında baş verib.

Əvvəlcə iki komandanın fanatları arasında mübahisə düşüb. Tərəflər məsələyə aydınlıq gətirmək üçün stadiondan kənara çıxıblar. Bu zaman "Səbail"in tərəfdarlarından biri bıçaqla "Kəpəz" fanatına xəsartə yetirib.

Qarın boşluğundan xəsarət alan azarkeş dərhal 1 saylı Kliniki Tibbi Mərkəz çatdırılıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, "Səbail" - "Kəpəz" matçı Bakı klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR