İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan cazı Romanın məşhur “Casa del Jazz” səhnəsində təqdim olunub FOTO

517 19.06.2026 16:40 Mədəniyyət A A

İyunun 18-də Romanın “Casa del Jazz” mədəniyyət məkanında “Xəzərin səsi: Azərbaycan cazı” (“İl suono del Caspio: Jazz dell’Azerbaigian”) adlı konsert proqramı keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov, ICCROM-un baş direktoru Aruna Francesca Maria Gujral, İtaliya Mədəniyyət Nazirliyinin məsul əməkdaşları və sənətsevərlər iştirak ediblər.

Konsert proqramında Xalq artistləri Eldar Mansurov, Ənvər Sadıqov, Əməkdar artist Emil Əfrasiyab, eləcə də Elnur Hüseynov və Aysel Teymurzadə çıxış ediblər.

İncəsənət nümayəndələrimizin təqdimatında Azərbaycan xalq musiqisinin intonasiyalarını müasir caz improvizasiyaları ilə birləşdirən əsərlər böyük şövqlə səsləndirilib.

Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan konsert Azərbaycan caz sənətinin beynəlxalq mədəni dialoq üçün mühüm platforma olduğunu bir daha nümayiş etdirib.

Konsert eyni zamanda “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində mədəni diplomatiyanın gücləndirilməsi və Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətin tərkib hissəsi kimi əhəmiyyət daşıyır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR