İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan “Avroviziya 2024” müsabiqəsində hansı mahnı ilə təmsil olunacaq?

423 14.03.2024 15:52 Ölkə A A

“Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin ifa edəcəyi mahnı 15 mart Bakı vaxtı ilə saat 12:30-da Avroviziyanın rəsmi Youtube kanalında və İctimai Televiziyanın canlı yayımında təqdim olunacaq.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, mahnı müasir pop və ənənəvi etnik musiqi janrlarını özündə birləşdirir.

Mahnının müəllifi bu il ölkəmizi Avroviziyada təmsil edəcək Fahree - Fəxri İsmayılov özüdür. Qeyd olunan vaxtda ictimaiyyətə ilk dəfə açıqlanacaq mahnı üzərində Fahree ilə birgə gənc, istedadlı yerli musiqiçilər - Mado Salikh, Edqar Ravin, Həsən Heydər və Mila Miles da işləyib.

Onu da qeyd edək ki, mahnının muğam hissəsini “Səs Azərbaycan: Doğma nəğmələr” müsabiqəsinin finalçısı İlkin Dövlətov ifa edəcək. Xatırladaq ki, təmsilçilərimiz İsveçin Malmö şəhərində mayın 7-də səhnəyə çıxacaqlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR