İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan 30 ayın əvəzini belə çıxdı - General növbəti addımımızdan DANIŞDI

5487 30.03.2023 15:24 Gündəm A A

“Üçtərəfli razılaşmadan 30 ay keçib. Azərbaycan bu 30 ay müddətində verdiyi sözləri hüquq və etik dəyərlər çərçivəsində yerinə yetirdi. Lakin bu müddət ərzində başda Ermənistan olmaqla sülhməramlılar razılaşmanın maddələrini yerinə yetirmədilər, vaxt qazanmağa çalışdılar, mövcud status-kvo ilə barışmaq istəmədilər. Ermənistan Azərbaycanın təbii sərvətlərini daşıdı. Rusiya sülhməramlılarının gözü qarşısında Qarabağa silah-sursat daşıdılar”.

Bu sözləri Musavat.com-a Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.

16797562296061722465_1200x630.jpg (331 KB)

Generalın sözlərinə görə, Azərbaycan 1 ildən çoxdur ki, bu fəaliyyətlərə son qoyulmayacağı təqdirdə antiterror əməliyyatları keçirəcəyini, onların bu cür hərəkətlərinə yol verilməyəcəyini dəfələrlə bəyan edib:

“Azərbaycan onlara “dur!” demişdi. Azərbaycan öz torpağı olan Xankəndidə yaşayan ermənilərlə Ermənistan arasındakı Laçın yolundakı strateji yüksəklikləri və sərhədboyu geniş sahələri nəzarətə götürərək Laçın dəhlizinə yüzdə yüz, tam nəzarət əldə edib. Bu, Azərbaycan ordusu üçün böyük fürsətlər yaradır. Azərbaycan qalib dövlət kimi öz perspektivlərini qarşı tərəfə qəbul etdirə bilən bir durumdadır. Növbəti addım nəzarətə alınan ərazilərdə sərhəd-nəzarət məntəqələrinin qurulmasıdır. Ermənilərin terrorları davam etsə, Azərbaycan antiterror əməliyyatları ilə onları tərk-silah edəcək, bölgədən silib-süpürüb atacaq”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR