İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan 3-4 saata onları DARMADAĞIN edə bilər” - Deputat 

702 12.07.2023 20:12 Siyasət A A

“Məlum məsələdir ki, antiterror əməliyyatı keçirmək Azərbaycan üçün problem deyil. Zənnimcə, 3-4 saata məsələni həll etmək olar, bu zaman heç bir beynəlxalq norma və hüquq da pozulmaz”.

Bu fikirləri Musavat.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib.

Millət vəkilinin sözlərinə görə, Qarabağda yalnız separatçı, cinayətkar ünsürlər yaşamırlar: “Azərbaycan Bayrağı altında, Konstitusiyamıza uyğun yaşamaq istəyənlər də az deyil. Məhz buna görə də danışıqlar üçün hələ limitləri tükənməyib. Azərbaycan rəhbərliyinin son mesajında yenə də vurğulandı ki, ermənilər sözdə dediklərini masa üzərində imzaları ilə təsdiqləməlidirlər”.

Arzu Nağıyev danışıqlar prosesinin fərqli paytaxtların moderatorluğu altında keçirilməsini problemli məsələ hesab etmir: “Danışıqların bir neçə müstəvidə aparılması müsbət haldır və hiss edilir ki, hər danışıqdan sonra irəliləyiş olur. Təbii ki, bunu istəməyən qüvvələr ciddi-cəhdlə maneələr yaradır, təxribat törədirlər. Lakin hər bir səbrin sonu da var. Həm havadarlar, həm də ermənilər düşünsünlər ki, sülhün bərqərar olması ilk növbədə kimə lazımdır. Biz öz işimizi hərtərəfli və hər sahədə görürük. Onlar isə getdikcə tənəzzülə uğrayan iqtisadiyyat, dağılan ordu, məhv olan mənəviyyat, siyasi çəkişmələr girdabında boğulurlar. Qaçaqmalçılıqla, beynəlxalq təşkilatları vasitəçi seçməklə nə qədər yaşamaq olar? Bunu düşünsünlər!”

Deputat qeyd edib ki, revanşist ideyalar, qeyri-ciddi çağırışlar, xam xəyallar sülhə zərbə vuran amillərdir və nəticəsi acınacaqlı olur: “Bizim hər cür imkanımız var və buna da nail olacağıq. Odur ki, ermənilər yaxşı-yaxşı düşünsünlər!”

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR