İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan 2024-2026 illərdə Asiya Parlament Assambleyasına sədrlik edəcək

319 21.09.2023 11:31 Siyasət A A

Azərbaycan 2024-2026 illər üçün Asiya Parlament Assambleyasının (APA) sədrliyinə namizədliyini irəli sürüb.

Musavat.com-un məlumatına görə, bu barədə Milli Məclisdə Asiya Parlament Assambleyası Sosial və mədəni məsələlər üzrə daimi komitənin iclasında Assambleyanın Baş katibi Muhammed Reza Majidi deyib.

Baş katib Azərbaycanın namizədlik təşəbbüsünü yüksək qiymətləndirərək, uğurlar arzulayıb.

“Biz Azərbaycanın bu təşəbbüsünü dəstəkləyirik. Mən üzv ölkələrə Azərbaycanı dəstəkləmək üçün müraciət edirəm”.

M.Rza qeyd edib ki, Azərbaycan Milli Məclisinin APA-ya yüksək sədrlik edəcəyinə əmindir: “Biz uğurla fəaliyyət göstərəcəyik”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR