İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev: "Fransanın dağıdıcı fəaliyyəti Aİ-nin sülh təşəbbüslərini heçə endirir"

237 26.10.2023 14:08 Siyasət A A

"Oktyabrın sonunda Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşması məqsədilə Brüsseldə gözlənilən sülh danışıqları Fransanın dağıdıcı fəaliyyəti və Avropa İttifaqının buna səssiz qalması səbəbindən baş tutmadı".

Musavat.com xəbər verir ki, bunu millət vəkili Azay Quliyev bildirb. O qeyd edib ki, Avropa İttifaqının Fransanın Ermənistanı sülhə yox, müharibəyə hazırlamasına, keçmiş işğalçının silahlandırmasına göz yumması, bu, militarist siyasəti pisləməməsi Brüssel danışıqlar formatına inamı sarsıdır: "Ona görə ki, Avropa İttifaqının sülh təşəbbüslərində əvvəllər iştirak etmiş Fransanın oktyabrın 22-də Ermənistana müdafiə adı altında hücum silahları satması, Ermənistan ordusunun hücum qabiliyyətinin artırılması məqsədilə fransız hərbi mütəxəssislərinin İrəvana ezam edilməsi və yaxın gələcəkdə hərbi yardımın daha da artırılması haqqında Fransanın verdiyi qərara nə Şarl Mişelin, nə də son günlər az qala ermənilərin sözçüsü qismində çıxış edən Borelin münasibət bildirməməsi başa düşülən deyil və ciddi suallar doğurur. Belə bir vəziyyətin yaranması Brüssel sülh formatına olan kövrək inamı və etimadı ciddi şəkildə zədələyir.
İndi Şarl Mişel və komandası aşkar seçim qarşısındadır: Cənubi Qafqazda qalıcı sülhün bərqərar olunmasına töhvə vermək istəyirsə, dürüst və tərəfsiz olmalı, Fransanın Azərbaycana qarşı etdiyi düşmənçiliyə, xüsusilə, sülhü təhdid edən fəaliyyətinə etiraz etməli, ya da ədalətli vasitəçi ola bilməyəcəyini etiraf etməlidir".

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR