İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev: Azərbaycan öz maraqlarını tam qoruya və real təzyiqləri dəf edə bildi

588 31.10.2022 23:30 Gündəm A A

Milli Məclisin deputatı Azay Quliyev Soçi görüşünü şərh edib.

Musavat.com xəbər verir ki, Azay Quliyev bu barədə Facebook sosial şəbəkəsində status yazıb. 

Həmin statusu təqdim edirik:

Soçidə keçirilən üçtərəfli görüş başa çatdı və görüşün yekununa dair birgə Bəyanat qəbul edildi. Rusiya və Ermənistanın görüşdən əvvəl milli maraqlarımızın əleyhinə səsləndirdiyi bütün tezislər və bu tezisləri reallaşdırmaq üçün etdikləri cəhdlər Azərbaycan tərəfindən qətiyyətlə rədd edildi.

Hörmətli Prezidentimiz cənab İlham Əliyevin Putinlə keçirdiyi görüşdə bəyan etdiyi "Qarabağ münaqişəsi həll olunub, bu konteksdə danışacaq heç bir mövzu yoxdu" kimi prinsipal və dəyişməz mövqeyi toxunulmazlığını qorudu və Bəyanatda Qarabağla bağlı heç bir kəlmə yer almadı. Bu faktın özü isə Qarabağ və orada yaşayan ermənilərlə bağlı məsələnin Azərbaycanın daxili işi olduğunu bir daha təsdiq etdi.

Ən vacibi isə bugünkü Üçtərəfli Bəyanatı imzalayan Paşinyan Azəbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığı prinsipini bir daha qəbul etməyə məcbur edildi.

Bütövlükdə, bütün gərginliyə baxmayaraq Azərbaycan öz maraqlarını tam qoruya və real təzyiqləri dəf edə bildi. Bununla da, "Brüssel Danışıqlar Formatı" çərçivəsində ölkəmizin müəyyən etdiyi 5 təməl prinsip əsasında sülh müqaviləsinin ilin sonuna kimi imzalanması üçün yeni imkanlar yarandı. 

Azay Quliyev: “Ərdoğanın Şuşa səfərinin böyük geosiyasi yükü var” - MÜSAHİBƏ

Azay Quliyev

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR