İnsanlara hürriyət, millətlərə istiqlal!

Azad Vətən Partiyası Dövlət Departamentinə qarşı ETİRAZ petisiyasına başladı

629 08.01.2024 14:52 Siyasət A A

Azad Vətən Partiyası change.org platformasında ABŞ Dövlət Departamentinin dini etiqad azadlığı ilə bağlı Azərbaycana qarşı qərəzli mövqeyinə, əslində dini radikalizmi müdafiə etməsinə dair etiraz petisiyasına başlayıb.

Azad Vətən Partiyasının Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata əsasən, Partiya hər kəsi petisiyanın imzalanmasına qoşulmağa, öz imkanları daxilində imzalama prosesini genişləndirməyə çağırır.

Petisiyanı imzalamaq üçün https://chng.it/FZ8Xg8Mg linkinə daxil ola bilərsiniz.

Petisiyanın Azərbaycan, ingilis, rus dillərində tərtib olunmuş mətnlərində göstərilir:

“ABŞ Dövlət Departamentinin “Dünya ölkələrində dini etiqad azadlığı” haqqında son hesabatında Azərbaycanın ünvanına söylənilən tənqidi fikirlər tamamilə yersizdir və cəmiyyətdə dini dözümsüzlüyün, dini ekstremizmin təbliğinə yönəldilib. Hesabatda Azərbaycana həsr edilmiş bölmənin məzmunundan aydın görünür ki, məqsəd neçə əsrlərdir ki, ölkədə dinc yanaşı yaşamağın modelini yaratmış dini konfessiyaları qarşı-qarşıya qoymaq, cəmiyyətin dini təbəqələri arasında nifaq yaratmaqdır. Azərbaycanda törətdiyi qanunazidd hərəkətlərə görə məhkəmə qərarı ilə həbs edilən bəzi şəxslərin əməllərinə hesabatda siyasi don geyindirilir və haqsız ittihamlar irəli sürülür. Bu işi araşdıranlar adi qanuni prosedurları dövlətin vətəndaşlara təzyiqi kimi qiymətləndirir, cəmiyyətdə qarışıqlıq yaratmağa hesablanmış nəticələr çıxardırlar. Buna görə də biz Dövlət Departamentinin adı çəkilən hesabatını qərəzli sayır və Azərbaycana həsr edilmiş bölmənin sənəddən çıxarılmasını tələb edirik” .

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR