İnsanlara hürriyət, millətlərə istiqlal!

"AYNA" informasiya sistemində "E-taksi" alt sistemi yaradılıb

512 08.04.2024 15:25 Ölkə A A

Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata kecirilməsi üçün "AYNA" informasiya sistemində "E-taksi" alt sistemi yaradılıb.

Musavat.com xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlamasında bildirilir.

Məlumata görə, operatorlar adsızlaşdırılmış məlumatları real vaxt rejimində həmin sistemə ötürəcək. Bununla yanaşı ərazidə fiziki olaraq AYNA və yol polisi əməkdaşları buraxılış kartlarını yoxlayacaq.

Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşıyanlar İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR