İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayk Sərkisyan: 9 il ərzində çağırışçıların sayı 44 faiz azalıb, bu, qorxuludur

512 16.11.2023 03:01 Dünya A A

Statistika göstərir ki, hərbi xidmətə çağırılan əsgərlərimizin sayı ildən-ilə azalır. Son 15 ildə hər il bizdə ötən illə müqayisədə daha az çağırışçı gəlir. Bu isə ciddi narahatlıq doğurur.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində hakim partiyanın deputatı Ayk Sərkisyan yerli jurnalistlərlə görüşündə deyib.

“Xidmət etmək istəməyən vətəndaşlar yayınır, ölkəni tərk edir, vətəndaşlıqdan çıxırlar”, - deyə deputat bildirib.

Sarkisyan 2010-2019-cu illərdə çağırışçılarla bağlı məlumatları təqdim edib.

“2010-cu ildə bizdə 44 mindən çox çağırışçı var idi və sonrakı 9 ildə bu rəqəm 44 faiz azalıb. Hərbi qulluqçuların sayı 44 mindən 24 minə enib”,-deyə o, qeyd edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR