İnsanlara hürriyət, millətlərə istiqlal!

Aydın Xırdalanlının anası: "İstəmirdim meyxanaçı olsun" - VİDEO

1087 08.08.2023 18:43 Şou-biznes A A

"Mən özüm şəxsən meyxananı istəmirdim. Çox bəyənmirdim. Amma qulaq asırdım. Aydın toylara gedəndə axı belə telefonlar yox idi mən onun meyxanalarına quıaq asım... Hərdən qohum-əqrabada olanda maraqlanırdım".

Musavat.com xəbər verir ki, bu sözləri "Maqazin plus"a açıqlamasında mərhum meyxanaçı Aydın Xırdalanlının anası Bikə xanım deyib. Bikə xanım bildirib ki, nə o nə də həyat yoldaşı Aydının meyxanaçı olmağını istəməyiblər:

"Amma istəmirdim meyxanaçı olsun. Atası ümumiyyətlə istəmirdi. Toya gedəndə gedirdi oradan çıxardırdı.  Deyirdim ki "ürəyi istəyir qoy desin". Deyirdi ki "Yox mən imkan vermərəm ki, o meyxana desin"".

Qeyd edək ki, meyxanaçı Aydın Xırdalanlı 2019-cu ilin martın 23-də vəfat edib. O uzun sürən xəstəlikdən sonra həyatını itirib. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR