İnsanlara hürriyət, millətlərə istiqlal!

Aydın Xan Əbilov Nail Kəmərlinin müdafiəsinə qalxdı: "Niyə bizi aşağılamalıdırlar?"

2320 11.09.2022 17:37 Sosial A A

Bloger Nail Kəmərlinin narkomaniya haqqında çəkdiyi videolar cəmiyyətdə birmənalı qarşılanmır. Onu haqlı sayanlar da, bu videoların narkomaniyanı daha da artıracağını iddia edənlər də var. 

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov Musavat.com-a açıqlamasında deyib ki, narkomaniya ilə bağlı məsələlərdə blogerlərin önə çıxması və müxtəlif formatda cəmiyyətə informasiya ötürmələri normal haldır:

"Bu praktika bütün dünyada var. Blogerlik klassik jurnalistikanı yavaş-yavaş əvəzləyir, ancaq buna görə kimisə tənqid etmək anlaşılmazdır. Biz bunu Nail Kəmərlinin timsalında gördük. Əgər həkim bir pasiyentin hansısa xəstəliyə tutulmasını deyirsə, buna görə həkimi döymək, yaxud həbs etmək lazımdır? Yoxsa həmin xəstəni sağaltmaq üçün müəyyən əməliyyatlar, yaxud sağlamlıqla bağlı hansısa addımlar atmaq lazımdır. Narkomaniya, uyuşdurucular, enerji içkilərinin dəhşətləri ilə bağlı təkliflərimizə görə niyə bizi aşağılamalıdırlar?"

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR