İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayaqları tutulan “Toppuş bacı”: “Maddi yardıma ehtiyacım var”

804 11.01.2023 21:31 Şou-biznes A A

“Səhhətim və maddi vəziyyətim çox ağırdır”. 

Musavat.com xəbər verir ki, bu sözləri “Toppuş bacı” ləqəbi ilə şou-biznesdə məşhurlaşan aktrisa, Əməkdar artist Tünzalə Əliyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 

Sənətçi bədənində yeni törəmələrin aşkar olunduğunu açıqlayıb: 

“Başımda yeni törəmələr əmələ gəlib. Ayaqlarım tamam tutulub. Yeriyə bilmirəm. Bir neçə gün əvvəl şüa aldığımdan prosesi yenidən təkrarlaya bilmirəm. İynə-dərmanlarla zaman qazanmağa çalışıram”. 

Tünzalə maddi vəziyyətinin də pis olduğunu dilə gətirib: “Maddi yardıma böyük ehtiyacım var. Amma təəssüf ki, kimsə yardım etmir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR