İnsanlara hürriyət, millətlərə istiqlal!

Axtarışda olan şəxs mağazadan oğurluq edib

277 16.04.2022 12:35 Kriminal A A

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Musavat.com-a verilən xəbərə görə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə Z. Əliyeva küçəsindəki mağazalardan birinin kassasından 2300 manat pulun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Məmmədzadə saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin də aşkar edilərək götürülüb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması, həmçinin Bakı şəhər sakinləri olan iki qadına qarşı dələduzluq edərək birinin 500, digərinin isə 980 manat pullarını alması da müəyyən edilib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR