İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtoritetin qətlində adı keçən dünya çempionu öldürüldü - Şok gəlişmə FOTO VİDEO

5341 15.03.2022 00:22 Kriminal A A

Kikboksinq üzrə dünya çempionu Zaur Yusifov ötən gecə yaşadığı Binəqədi rayonu, 6-cı mikrorayon ərazisindəki evinin qarşısındakı mağazanın içində qətlə yetirilib. O, odlu silahla öldürülüb.

Bu barədə Musavat.com-a məlumat daxil olub.

Qeyd edək ki, Z.Yusifov 2019-cu ilin mayında 78 bıçaq zərbəsi ilə öldürülən, kriminal aləmdə "Emin 444" ləqəbi ilə tanınan avtoritet Emin Səfərovun qətlində təqsirli bilinib həbs edilmişdi. Lakin onun əməli sübuta yetirilməmiş, nəticədə o, məhkəmənin qərarı ilə ötən ilin oktyabrında bəraət almışdı.

Qətllə bağlı ilkin versiya ondan ibarətdir ki, hadisəni mərhum E.Səfərovun qardaşı Elçin törədib. Hazırda dünya çempionunun qətlə yetirildiyi yerdə izdiham yaşanır.

 

Cavanşir Abbaslı
Musavat.com

6d5f26774cbb8e2691ff9e6e7da96f7b.jpg (157 KB)

"Emin 444" ləqəbi ilə tanınan avtoritet Emin Səfərov

a284da0a-16dc-4213-9ed9-07257b27e5ee.jpg (84 KB)

Zaur Yusifov

1d779ad5-32e2-47a1-b9fb-c6d92e2b4c51.jpg (170 KB)

38ff2cab-b3b8-424d-8b93-6b80986b53c7.jpg (112 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR