İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtobusda tapılan 10 milyard Priqojinə qaytarıldı

1258 04.07.2023 13:46 Son xəbər A A

“Vaqner” hərbi qrupunun Sankt-Peterburqdakı ofis mərkəzində Rusiya hüquq-mühafizə orqanları tərəfindən aşkarlanan 1 mikroavtobus dolu pul qrupun rəhbəri Yengeni Priqojinə qaytarılıb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, 10 milyard rubl həcmində vəsaiti Priqojinin sürücüsü etibarnamə ilə hüquq-mühafizə orqanlarından götürüb.

Qeyd edək ki, pulun tapılması barədə məlumat iyunun 24-də mətbuatda yayıldıqdan sonra Priqojin xüsusi açıqlama ilə çıxış etmişdi. O bildirmişdi ki, Rusiya hakimiyyətində hər kəs “Vaqner”in son 10 ildə sanksiyalar üzündən bütün maliyyələşməsinin nağd qaydada həyata keçirildiyini yaxşı bilir: “Biz 10 ildir istisnasız olaraq nağd pulla işləyirik. Bu, Afrikada da belə olub, Yaxın Şərqdə də, Amerikada da. Buna görə də avtobusdakı pullara heç kim təəccüblənməsin. Özü də orada 1 mikroavtobusdan başqa iki balaca avtobusda da pullar vardı, hamısı döyüşçülərə çatdırılmalıydı”.
Rusiya mətbuatı pullarla yanaşı, “Vaqner”ə daxil olan “Patriot” mediaqrupuna məxsus olan və istintaq çərçivəsində götürülən bütün texnikanın da geri qaytarıldığını yazır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR