İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtobus qəzası ilə bağlı TƏBİB-dən açıqlama: 2 nəfərin vəziyyəti ağırdır - YENİLƏNİB

1472 29.10.2022 20:45 Hadisə A A

Bakı-Ələt yolunda baş verən qəzada xəsarət alan 18 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə Musavat.com-a TƏBİB-dən bildirilib. 

Hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində xəsarət alan 5 nəfərin müalicəsi davam etdirilir. Xəsarət alanlardan 2-si (vəziyyətləri ağır stabil qiymətləndirilir) Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində, 2-si (vəziyyətləri stabil qiymətləndirilir) Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsində, 1-i (vəziyyəti orta ağır qiymətləndirilir) isə Sabunçu Tibb Mərkəzinin Travmatologiya şöbəsində həkim nəzarəti altındadır.

Xatırladaq ki, hadisə nəticəsində Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları tərəfindən 23 nəfər TƏBİB-in tabeliyindəki müəssisələrinə yerləşdirilmişdi.

***

Bakı-Ələt yolunda baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları hadisə yerinə cəlb edilib.

Musavat.com xəbər verir ki, hadisə nəticəsində xəsarət alan 8 nəfər Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələrinə davam edilir.

Xəsarət alanlardan 6-nın vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR