İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın ən böyük AES-də qəza olsa... - Azərbaycan və Türkiyəyə təhlükə varmı...

845 16.08.2022 08:30 Gündəm A A

Professor İslam Mustafayev: “Faciə baş verərsə, fəsadlarını illərlə aradan qaldırmaq mümkün olmayacaq”

Ukraynada davam edən müharibə böyük bir region üçün nüvə riskini ortaya çıxarıb. Söhbət  Avropanın ən böyük AES-i olan Zaparojye AES-də yaranan təhlükədən gedir.

Son vaxtlar AES ətrafında döyüş əməliyyatları intensivləşib. AES-in üzərindən rus raketlərinin uçması isə çoxdan adi hala çevrilib. MAQATE rəhbəri də öz narahatlığını bəyan edib və stansiyanın təhlükəsizliyi üçün ciddi tədbirlər görməyə çağırıb. Nüvə alimləri də əndişələrini bildirməyə başlayıblar.

Stansiya zərbə alsa, radioaktiv sızıntı nə qədər ərazini əhatə edə bilər? “Radiasiya küləyi” Azərbaycana, Türkiyəyə də gəlib çıxa bilərmi?

Qeyd edək ki, Zaparojyedən Türkiyəyədək düz xətt üzrə cəmi 850 km məsafə var.

Radiasiya Problemləri İnstitutunun  baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev “Yeni Müsavat”a bildirdi ki, Zaparojye AES-də 8 reaktor çalışır, onlardan hətta biri zədələnərsə, ciddi fəlakət baş verə bilər: “Siyasi dairələr tərəfindən belə göstərişin verilməsi məntiqsizdir. Yada salaq ki, payız aylarında  Zaparojye AES-də yanğın baş vermişdi.

Reaktorlardan birində sızma olarsa, radioaktiv maddələr ətrafa səpilə bilər ki, bu, atom bombasının partlaması effekti verə bilər. İllərdir Çernobıl AES-in 30 kilometrlik ərazisinə heç kim buraxılmır. Çernobılda faciə bir reaktorun partlaması ilə baş vermişdi. Zaparojye AES-də isə 8 reaktor var. Faciə baş verərsə, fəsadlarını illərlə aradan qaldırmaq mümkün olmayacaq. Bütün region ciddi təhlükə ilə üz-üzə qala bilər. Soçi, Şimali Qafqaz, Rostov vilayəti, Ukraynanın böyük hissəsi, Krasnodar, Stavropol şüalanmaya məruz qala, radioaktiv maddələr Volqa-Don kanalı ilə Volqa çayına, Xəzər dənizinə keçə bilər. Şüalanma canlı orqanizmlərə, ətraf mühitin digər komponentlərinə-torpağa, meşəyə ciddi mənfi təsir göstərər. Hazırda Çernobıl ərazisində yaşayan heyvanların xarici görünüşü dəyişib. O ki qaldı Azərbaycana, ölkəmizə çatana qədər təhlükənin intensivliyi azalacaq. Çernobılda 30 kilometrdən kənar ərazilərdə yaşayış var. İndiki şəraitdə Zaparojye AES ətrafında yaşayanlar köçürülməlidir".  

Professor İslam Mustafayev: Gəncədəki iğtişaş ölkəmizin inkişafını  istəməyən qüvvələr tərəfindən törədilib - AZƏRTAC

 İslam Mustafayev

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin müttəfiqlərinin Donor Konfransındakı çıxışı zamanı demişdi ki, Zaporojye Atom Elektrik Stansiyasında tarixin ən böyük radiasiya qəzası ola bilər: “Sovet hakimiyyəti Çernobıl fəlakətini və onun bütün fəsadlarını gizlətməyə çalışıb. Rusiya hakimiyyəti daha təhlükəlidir. Onlar özləri nüvə fəlakəti riskini maksimuma çatdırmaq üçün hər şeyi edirlər və bütün dünyaya yalan danışırlar. Başqasını günahlandırmaq istəyirlər”.

V.Zelenskinin sözlərinə görə, Avropanı bu təhlükədən qorumaq lazımdır: "Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyası bizim qitəmizdə ən böyük, dünyada üçüncü Atom Elektrik Stansiyasıdır. Rusiya ordusu bu obyektdən terror və təxribat üçün istifadə edə bilər. Rusiya hərbçiləri bilməlidirlər ki, onlar öz əməlləri ilə bütün Avropanı nüvə fəlakəti təhlükəsi altında qoyurlar. Rusiyanın qanadlı raketlərinin Ukraynadakı AES üzərindən hərəkəti təsadüfi deyil. Bütün bunlar Rusiyanın nüvə terrorizminin təzahürləridir. Zaporejyedə baş verən fəlakətin nəticəsi Çernobıldakından daha ağır ola bilər. Biz hamımız birlikdə terrorun qarşısını ala bilərik. Rusiyanı nə qədər tez dayandırsaq, Avropa və dünya özünü bir o qədər təhlükəsiz hiss edəcək".

Bakı Xəbər - İctimai Siyasi Qəzet

Xatırladaq ki, Zaporojye Atom Elektrik Stansiyası martın 4-dən Rusiya ordusunun nəzarətindədir. Ukraynanın enerji naziri German Qaluşçenko Zaporojye Atom Elektrik Stansiyasında (AES) 500-ə yaxın rus əsgəri və 50 ağır texnikanın olduğunu açqlamışdı.

Beynəlxalq Atom Enerji Agentliyinin açıqlamasında isə bildirilmişdi ki, Zaporojye AES-də təhlükəsizlik sistemlərinin hər hansında radiaktiv sızma yoxdur. Ancaq nüvə ekspertləri hücumun ciddi riskli vəziyyət yaratdığını demişdilər. Əgər reaktor - atom elektrik stansiyasında enerji istehsal etmək üçün məsul olan cihaz və onun yerləşdiyi bina zədələnərsə, reaktor həddindən artıq qıza bilər və nüvənin əriməsinə səbəb ola bilər.

Zavoddan gələn radiasiya daha sonra ətraf mühitə sıza bilər. İnsanlar bu radiasiyaya məruz qalsalar, bu, xərçəng də daxil olmaqla, ani və uzunmüddətli sağlamlığa ciddi təsirlərə səbəb ola bilər.

Zaporojye AES hazırda Rusiyanın nəzarəti altında olan Çernobıl AES kimi obyektlərdə olan nüvə tullantıları ilə bağlı fəaliyyət göstərir.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR