İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın alüminium qadağası Rusiya şirkətini 3.4 milyard dollarlıq gəlirdən məhrum edəcək

683 19.03.2024 18:29 İqtisadiyyat A A

Rusiya alüminiumuna qarşı mümkün sanksiyaların əsas qurbanları Avropa İttifaqının kiçik və orta ölçülü emal şirkətləri olacaq.

Musavat.com xəbər verir ki, bu fikir Rusiyanın əsas alüminimum ixracatçısı olan RUSAL-ın Aİ-nin sanksiya tətbiqini müzakirə etməsi ilə bağlı məlumatlara dair şərhində yer alıb.

Şirkət hesab edir ki, Qırmızı dənizdəki böhran davam etdiyi bir dövrdə sanksiyalar tədarük zəncirlərini pozacaq və bu, qaçılmaz olaraq alüminiumun çatışmazlığının artmasına və bahalaşmasına səbəb olacaq.

Şirkətin açıqlamasında qeyd olunur ki, "European Aluminium" sənaye qrupu Rusiya alüminiumuna qarşı Aİ sanksiyalarının tətbiqi üçün lobbiçilik edir, eyni zamanda "Rusal"ın boksit və alüminium oksidinin istehsal olunduğu Avropa ölkələrindəki xammal aktivlərini sanksiya qərarından çıxarmağı təklif edir. Assosiasiya istinad edir ki, Aİ Rusiya alüminiumunu digər ölkələrdən alışlar, eləcə də aşağı istehlak və yerli istehsalın artması nəticəsində yaranan profisit hesabına uğurla əvəz edə biləcək.

“Rusal” qeyd edib ki, kiçik və orta ölçülü aşağı axın oyunçuları Avropa iqtisadiyyatının mühüm hissəsini təşkil etməklə Avropada alüminium sənayesində dövriyyənin 70 faizini və məşğulluğun 92 faizini təmin edir: “Məhz onlar qıtlıq, qiymət artımı ilə üzləşəcək və kömür əritmə zavodlarından istifadə edən şirkətlərdən daha yüksək karbon tərkibli alüminium almaq məcburiyyətində qalacaqlar”.

Şirkət bildirir ki, onun məhsulu olan alüminiumun 95 faizdən çoxu su elektrik enerjisindən istifadə etməklə istehsal olunur və Rusiyanın aşağı karbonlu metalına qoyulan hər hansı qadağa fəal şəkildə dekarbonizasiyaya qarşı işləyir.

Açıqlamaya görə, Avropada ilkin alüminium istehsalı azalır, hazırda istifadə olunan alüminiumun demək olar ki, 90 faizini qitə idxal edir: “Sanksiyaların tətbiqi Aİ-ni ildə 500 min ton alüminiumdan dərhal məhrum edəcək”.

Rusal həmçinin bəyan edib ki, “European Aluminium”un üzvləri onun birbaşa rəqibləridir və assosiasiya alüminium emalı ilə məşğul olan kiçik və orta şirkətlərin ehtiyaclarına məhəl qoymadan iri mədən şirkətlərinin maraqlarını açıq şəkildə lobbi edir.

Hazırda Aİ-nin Rusiyadan alüminium məftil və folqa idxalına qadağaları var, lakin alüminium məhsullarının ümumi idxalının 85 faizini təşkil edən ilkin metal sanksiyaların əhatə dairəsindən kənardadır. Trade Data Monitor-un məlumatına görə, 2023-cü ildə Aİ-nin Rusiya alüminiumunun idxalı 2022-ci ildəki 12 sonra 512 min ton və ya ümumi həcmin 8 faizini təşkil edib. Rusalın IFRS hesabatına görə, Avropaya ixrac hələ də şirkətin gəlirinin 28 faizini (12,2 milyard dollar məbləğində ümumi gəlirin 3,4 milyard dolları) təmin edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR